İsraildə bombardmana düşən Samirə hücumdan əvvəlki kadrları paylaşdı - FOTOLAR

 13:41 12.10.2023     239

Bir neçə gün əvvəl İsraildən qayıdan müğənni Samirə Əfəndi ölkəyə dəstək olub.

Redaktor.az xəbər verir ki, sənətçi Təl-Əvivdə olarkən müharibədən öncə çəkilən kadrlarını instaqramda paylaşıb və sülhün vacibliyini qeyd edib.

"Sülh elə bir şeydir ki, biz onu hər zaman qorumalı və uğrunda çalışmalıyıq. Yer üzündə sülh olsun, hamı salamat və sağlam olsun", - Samirə yazıb.

Xatırladaq ki, HƏMAS-ın İsrailə raket hücumları zamanı sənətçi ailəsi ilə orada olub və bir neçə gün sığınacaqda qalmalı olub.