"Fransanın qarnına sancı dolub" - Vitse-spikerdən sərt sözlər

 13:45 12.10.2023     288

Fransanın qarnına sancı dolub, min oyundan çıxır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında deputat Fəzail İbrahimli deyib.

O bildirib ki, prezident İlham Əliyevin diplomatik fəaliyyəti ilə tək erməni üzərində deyil, müxtəlif güclər üzərində qələbə çaldıq:

“Bu gün dünya dövlət siyasətinin boy sırasında uca görünən, sözü, fikri, qəti mövqeyi olan ölkəmiz var. İlham Əliyev o zaman üçün bataqlıqda olan dövlətimizi bu gün dünyanın ən yüksək səviyyəsinə qaldıra bildi. 20 illik tarixin zirvəsi Vətən müharibəsindəki qələbə, tacı isə antiterror tədbirləri oldu. Tarixdə tərcümeyi-halımızın ən şərəfli səhifəsini düşmən üzərində qələbəni yazdıq. Biz dünya erməniçiliyinə qalib gəldik”.

Humay İSGƏNDƏRLİ