"İlham Əliyev 21-ci əsrdə dünya miqyasında özünü təsdiq edən güclü liderdir" - Fəzail Ağamalı

 14:35 12.10.2023     254

Tam məsuliyyətlə deyə bilərəm ki, İlham Əliyev 21-ci əsrdə dünya miqyasında özünü təsdiq edən güclü liderdir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən xüsusi iclasında depupat Fəzail Ağamalı söyləyib.

O qeyd edib ki, İlham Əliyevi digər liderlərlə müqayisə etmək mümkün deyil:

“Azərbaycan xalqı elə bir lider istəyirdi ki, Heydər Əliyev fəaliyyətini davam etdirə bilsin. Elə bir şəxs var idi, bu İlham Əliyev idi”.

Humay İSGƏNDƏRLİ