Ağsuda “Hər bir azərbaycanlının prezidenti” adlı konfrans keçirildi - FOTO

 16:03 12.10.2023     466

12 oktyabr 2023-cü il tarixində Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar “Hər bir Azərbaycanlının Prezidenti” adlı konfrans keçirilib.

Redaktor.az xəbər verir ki, konfransda rayonda fəaliyyət göstərən ictimai təşkilatların, ağsaqqallar şurasının, veteranlar cəmiyyətinin nümayəndələri, ərazi partiya təşkilatının fəalları və ziyalılar iştirak ediblər.

Tədbir başlamazdan öncə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş söz ilə açan Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirmiş və bu sahədə əldə olunan uğurlar respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Hazırda ömrünün 62-ci ilində İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.

Azərbaycanın son iyirmi ildə qazandığı misilsiz nailiyyətlər, birmənalı olaraq, möhtərəm Prezident İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli, qüdrətli liderliyinin nəticəsi, bariz nümunəsidir. Cənab İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Komandanıdır. Sədr qeyd edib ki, xalqımıza böyük qürur bəxş edən son hadisələr Vətən Savaşında əldə olunan Zəfərdən sonra aparılan hərbi-siyasi proseslərin, yenə də məhz möhtərəm Prezidentimizin "Dəmir yumruğ"unun qəti qələbəsidir. 

Daha sonra tədbirdə Ağsu rayon Ağsaqallar şurasının sədri Seyfəddin Abdullayev, Ağsu rayon Veteranlar Şurasının sədri Camaləddin Zeynalov, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova, Ağsu rayon Statistika İdarəsinin müdiri Mirəli Nağıyev, Ağsu rayon Təhsil sektorunun metodisti Elnur Fərzəlizadə çıxış edərək bildiriblər ki, cənab İlham Əliyevin həm Azərbaycanda, həm də beynəlxalq platformada real statusu Prezidentlik vəzifəsindən dəfələrlə üstün qəbul edilir. Onun daşıdığı missiyanın qlobal miqyası, ümumiyyətlə, hansısa vəzifəylə əlaqələndirilmir. Prezidentin dövlətimizə və xalqımıza, eləcə də dünyada sülhün təmin olunmasına verdiyi töhfələr, bəxş etdiyi tarixi nailiyyətlər, zəfərlər əsrlər boyu yaşayacaq və Azərbaycanın əbədi intibahının mükəmməl təməli olacaqdır. Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin Azərbaycan tarixinin ən qüdrətli, müstəqilliyinin ən güclü, dövlətçiliyinin ən möhtəşəm quruculuq mərhələsidir.

HƏMİDƏ

222222