Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 30 faizdən çox artıb

 14:34 14.10.2023     216

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında hava nəqliyyatı ilə 2 170,5 min və ya illik müqayisədə 31% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 24,1% azalaraq 247,9 min ton olub.