İlham Əliyev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində oldu - YENİLƏNİB

 21:33 15.10.2023     626

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Redaktor.az xəbər verir ki, dövlətimizin başçısı qəsəbənin ərazisinə baxış keçirib.

Qeyd edək ki, qəsəbə 1991-ci il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bu il sentyabrın 19-20-də Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycan Ordusu Kərkicahan qəsəbəsini separatçılardan azad edib.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

2