Rasim Cəfərlinin yeni monoqrafiyası çapdan çıxdı - FOTO

 10:57 16.10.2023     1669

"Kök hüceyrələrin bioloji aspektləri və klinikada tətbiqi perspektivləri" adında monoqrafiya (Ağayev R.M., Cəfərli R.E.) çapdan çıxıb.

Redaktor.az xəbər verir ki, bu barədə monoqrafiyanın müəllifi tibb elmləri doktoru Rasim Cəfərli məlumat verib.

Onun sözlərinə görə, dünyanın qabaqcıl tədqiqat mərkəzlərində biotexnoloji industriyanın imkanları ilə müxtəlif xəstəliklərin müalicəsində kök hüceyrə transplantasiyasına göstərişlərin artırılması ilə yanaşı, yaxın gələcəkdə donor-orqan defisiti probleminin aradan qaldırılması hədəf seçilib. Qeyd edilənlər haqqında qısa da olsa məlumatlar monoqrafiyada əks edilib.

Cəfərli Rasim Elxan oğlu 1982-ci ildə həkim ailəsində anadan olub. 1998-ci ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinin II-Müalicə-profilaktika fakültəsinə qəbul olub. Universitetdə təhsil aldığı müddətdə elmi işlərə böyük həvəs göstərib, tələbə elmi cəmiyyətinin fəal üzvü olub.

2004-cü ildə Universitetin Elmi Şurasının qərarı ilə müsabiqədə iştirak edərək, əyani aspiranturaya qəbul olub. 2007-ci ildə “Профилактика и лечение осложнений после эхинококкэктомий из печени” mövzusunda dissertasiya işini başa çatdıraraq, uğurla müdafiə edib.

2015-ci ildə R.E.Cəfərli tibb elmləri doktoru alimlik dərəcəsinin alınması üçün  “Трансплантация стволовых клеток в комплексном лечении цирроза печени и портальной гипертензии” mövzusunda dissertasiya işini  uğurla müdafiə edib.  

Qeyd etmək lazımdır ki, R.E.Cəfərli Azərbaycanda “Cərrahiyyə” ixtisası üzrə tibb elmlər doktoru alimlik dərəcəsinə yiyələnmiş ən gənc alimdir.

2007-ci ildən etibarən t.e.d. R.E.Cəfərli Azərbaycan Tibb Universititenin II-Cərrahi xəstəliklər kafedrasının kliniki bazası olan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində dosent vəzifəsində işləyir.

T.e.d. R.E.Cəfərli işlədyi müddətdə Azərbaycan Tibb Universitetinin və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ictimayi həyatında fəal iştirak edib, 8 Beynəlxalq elmi konqreslərin keçirilməsində fəal iştirak edib.

200 elmi məqalə və tezisin, 3 səmərələşdirici təklifin, 2 metodik tövsiyyənin, 1 dərsliyin, 1 monoqrafiyanın müəllifidir. Elmi məqalələr əsasən xarici nəşriyyatda öz əksini tapıb.

Müalicəsi etdiyi cərrahi xəstəliklər:

- öd daşı xəstəliyi

- qarının ön divarının yırtıqları

- mədə və 12 barmaq bağırsaq xəstəlikləri

- koloproktoloji əməliyyatlar

- qaraciyər, mədəaltı vəzi xəstəlikləri

Əlaqə telefonu: 0557388500, email: [email protected]

T.İSMAYIL

22222