44 gün + 23 saat = Xankəndidə ucalan üçrəngli bayraq

 20:44 16.10.2023     797

İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, dövlətlərin də həyatında əsrlərə bərabər anlar olur.

15 oktyabr 2023-cü ildə  Prezident İlham Əliyevin Azərbaycanın üçrəngli bayrağını Xankəndində ucaltdığı həmin anlar həm hər birimizə  bir ömrə barabər,həm də dövlətimizə əsrlərə bərabər çox qüruürlu,tarixi anlar yaşatdı.Çünki Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağının ucaldıldığı həmin an iki əsrdən artıq bir zaman kəsiyində bir sıra dövlətlərin Azərbaycana qarşı yeritdiyi məkrli siyasətin çox təhlükəli alətinə çevrilmiş erməni oyunlarının rəsmən bitdiyi andır. 27 sentyabr 2020-ci ildən başlanan-şanlı zəfər yolunda  bu ilin sentyabrının 19-20-də 23 saata yekunlaşan anti-terror əməliyyatı  Azərbaycanın bütün  əraziləri üzərində süverenliyini təmin etdi və üçrəngli bayrağımızın Xankəndi şəhərinin mərkəzi meydana sancilmasına yol açadı. Xankəndində dalğalan bu üçrəngli bayraq Azərbaycanın bütün ərazilərində süverenliyin bərpa edilməsi ilə yanaşı, həm də zaman-zaman  bizi böyük insan və torpaq itkilərinə, dağıntılara və humanitar fəlakətə məruz qoyan qüvvələrin acınacaqlı sonluğunu, Azərbaycan ərazilərinin işğalına,xalqımzın iztirablarına   göz yuman  30 illik  beynəlxalq riyakarlığın aqibətini ifadə edir.  

Ermənistanın havadarları tərəfində və müxtəlif dairələrdən olan təzyiq və təhdidlərə rəğmən suverenliyimiz və ərazi bütövlüyüüz uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, öz haqq savaşında düşməni məğlub etdi. Azərbaycan bu savaşda təkcə Ermənistan üzərində yox,həm də onun havadarları,açıq və gizli dəstək verənləri üzərində də qələbə çaldı. Bu zəfər həm də xalqımız çoxəsrlik yaddaşını, kimliyini xatırlatdı, genlərində var olan cəsarətini ayağa qaldırdı, öz mənliyini bərpa etdi. 

İtirilmiş torpaqların geri alınması dünya tarixində çox nadir hadisə,MDB məkanında isə ilkdir.Azərbaycanın bu möhtəşəm qələbəsi sözlə ifadəsi çox çətin olan milli qürurun və milli iradənin təntənəsidir. Həm 2020-ci ildə,  həm o vaxtdan keçən son üç il ərzində, həm də bu ilin 19-20 sentyabrnda keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Azərbaycanın ərazi bütövlüyü və süverenliyi uğrundakı bu savaşdan təkcə qalib dövlət kimi yox,həm də daha böyük hədəflərə çatmağa qadir bir dövlət kimi çıxması yolunda çanını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə sağlam uzun ömür arulayırıq!

Əli Məsimli,

Milli Məclisin deputatı