BQXK-nın Xankəndidəki ofis heç zaman Ermənistana bağlı olmayıb - RƏSMİ
Xankəndidəki ofis heç bir zaman Ermənistana bağlı olmayıb.
Redaktor.az xəbər verir ki, bu barədə BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, hazırda da həmin ofis bağlanmayıb, fəaliyyət göstərir.
İlahə Hüseynova deyib: "Xankəndidə olan ofis heç vaxt Ermənistana tabe olmayıb və olmayacaq. BQXK-ın illik hesabatlarında da Qarabağ hər zamanın Azərbaycanın ərazisi kimi qeyd olunub".
Qeyd edək ki, BQXK jurnalistlər üçün məlumatlandırıcı sessiya keçirir.