"Buradan o lağ edənlərə salam söyləyirəm" - Tural Gəncəliyev
Oktyabrın 15-də müasir tariximizdə önəmli hadisə baş verdi, Cənab Prezident bayrağımızı ucaltdı. Bu münasibətlə hər birimizi təbrik edirəm.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
O vurğuladı ki, bu günlərə çatacağımızdan tərəddüd etmirdik:
“Bu tarixi anı görmək hər birimizdə qürur yaratdı. Xankəndidə olmağımızı ciddiyə almırdılar, lağ edirdilər. Buradan o lağ edənlərə salam söyləyirəm. Xankəndinin millət vəkili kimi qürur duyuram ki, Xankəndidə, Xocalıda, Xocavənddə bayrağımız dalğalandı”.
Humay İSGƏNDƏRLİ