"Görünən odur ki, çox narahatdırlar" - Ceyhun Məmmədov

 11:24 17.10.2023     202

Bu gün Azərbaycanın tarixi torpaqlarında bayrağımız dalğalanır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Millət vəkili vurğuladı ki, tarixi torpaqlarımıza artıq gedə bilirik:

“Ölkə başçısı Xankəndidən seperatçılara və havadarlarına ciddi mesaj verdi. Heç şübhəsiz ki, son hadisələr bəzi dövlətlərin və təşkilatların əsl üzünü göstərdi. Görünən odur ki, çox narahatdırlar. Məscidlərimiz, abidələrimiz dağılanda niyə bu qədər narahat deyildilər? Təzyiq və təhdidlərə baxmayaraq Azərbaycan öz suverenlıiyini bərpa etdi".

Humay İSGƏNDƏRLİ