Bu insanların büdcəyə heç bir xeyri yoxdu - Deputat
Müxtəlif ölkələrdən gələn şəxslərin nadir heyvanları ovlama hallarının sayı artmışdı.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Millət vəkili dedi ki, həmin turistlər ölkəyə müəyyən vəsaitlə gəlirlər, ancaq onların büdcəyə heç bir xeyri yoxdu:
“O turistlərin nadir heyvanları ovlamasıyla bağlı şikayətlər var. Ekologiya Nazirliyi bununla bağlı addımlar atmalıdır. Qızılağac qoruğuna getmişdim elə bil ki, orada müharibə idi. O hadisədən sonra orda quş qalar? Xaricdən gələnlərin nadir heyvanları ovlanmasına qadağa qoyulsun”.
Humay İSGƏNDƏRLİ