DÜNYA NƏ İSTƏYİR, - ÖLÜM, İTİM, DAĞINTI, YOXSA?!...

 12:52 17.10.2023     290

Bu gün Füzuli şəhərinin günüdür!

Həm də Füzulinin bir neçə məntəqəsinin və

Füzuli şəhərinin erməni işğalından azad olunduğu gündür!

Azərbaycanlı olaraq sevin­cimizin həddi-hüdudu yoxdur. Füzu­liyə səfəri zamanı bu qədim Azərbaycan torpağına yeni nəfəs verəcək bir sıra yaşayış məntə­qələrinin və sosial obyektlərin təməlini qoymazdan əvvəl dövlət başçımız, müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyev Xankəndiyə üçrəngli, ay-ulduzlu milli bayrağımızı sancdı.

O, şəhərə ki, Azərbaycan xanı saldığı üçün Xankəndi adlandırılıb. Sonradan sovet hakimiyyətinin idarəetmə forma və quruluşuna uyğun olaraq cani bolşevik Stepanın adını daşıyıb, satqın, mənfur şaumyanların, qriqoryanların, köçəryanların və s. yandançıxma yanların bayquş yuvasına çevrilib. Elə sovet quruluşunun başına daş salan münaqişə ocaqları sırasında ilk yerlərdən birini də bu bayquş yuvası tutur. Bu tarixi məkanımızda oturub Azərbaycana hədə-qorxu gələnlərin aqibəti əslində, nankorluğun, satqınçılığın, mənfurluğun, zülm-zillətin, qaniçənliyin aqibətidir. Bu barədə ən qətiyyətli addımı üç onillik ərzində bölgədə sülh axtaran və sülhdən başqa şox şey tapmaqda ixtisaslaşmış ATƏM-ATƏT Avropa Birliyinin ikiüzlü nümayəndələri yox, məhz müasir və müstəqil Azərbaycan dövlətinin peşəkar, fədakar milli ordusu atmış oldu, - cəmi 44 gün ərzində havadarları qarışıq düşməni hərtərəfli diz çökdürdü. Hərtərəfli, ona görə ki, o qələbə-dalınca qələbə sorağlı o 44 gündə mötəbər beynəlxalq dairələrin və ermənipərəst dövlətlərin bəzən xahiş, bəzən qınaq, bəzən də hədə dolu zənglərinə dəyanət göstərən İlham Əliyev təkcə silahlı qüvvələrimizin uğurlarının ən ali zirvəsində möhkəm və qətiyyətli Ali Baş Komandan kimi yox, həm də erməni havadarlarının qərbdən təlimatlandırıb göndərdikləri maqnat press agentliklərinə məxsus “müstəntiq, “kəşfiyyatçı” jurnalistləri də susdura bildi.

İllər boyu bəşərin ən alçaq, vəhşi xüsusiyyətlərinin cəmləşdiyi bir məkanda insanlığa sığmayan olayları görüb, özünü görməməzliyə vuranların bu gün nəyisə diktə həvəsində olması həm də onların simasının göstəricisidir. Dünyamızın reallıqları mötəbər beynəlxalq təşkilatlar və hegemon dövlətlər qarşısında bu sualın qoyulmasını zəruri edir: Həzərat, sizə nə lazmdır,axı?! Bəlkə də dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”sindən, onun “Sirlər xəzinəsi” poemasında “Bayquşların söhbəti”ndən xəbərsizsiniz, qınamırıq. Axı, biz bilirik ki, müxtəlif xalqların, o cümlədən  sizlərin də bu cür fəlsəfi yükü əsərlərində təsvir edən dahi yazarlarınız, siyasi baxışları və məntiqli düşüncələri ilə incilər yaradan müdrikləriniz var. Tanıyırsınız, özünüzü o müdriklərin dünyaya işıqlı amallar yaydığı o müdriklərlə eyni xalqın nümayəndəsi sanırsınızsa, onda bu bayquş yuvalarını sizlərə sevdirən nədir, zalımlara, qaniçənlərə, özü ilə zülm-zillət, ölüm-itim, dağıntı gətirən və özündən sonra xarabalıqlar qoyan bu bayquşlara himayədarlığınızın kökündə nə durur?! Ermənilərə sevgimi? Bu sevgidən heç kimi mərhum etmək fikrində deyilik, vaxtilə özümüzkülərlə yanaşı, dünya və erməni yazarlarını da oxumuşuq, erməni şəhərlərini də gözəlliklərinə heyranlıqla dolaşmışıq. Nə gizlədək, qonşu Kafandan dığa ustaları həyətimizdə işlətmişik, yatacaq vermişik, süfrəmizə qonaq eləmişik. Yalnız 90-cı illərdə, erməni iddiaları və təxribatları artdıqdan sonra gerçəklikləri araşdırarkən öyrənmişik ki, erməni şəhəri Kafan bir vaxt Zəngilana “köçürülmüş” Həsən ağanın ata-baba yurdu, zəhərini “Oxçuçay”ımıza sızdırdıqları molibden yataqları o kişinin halalca mülkləri olub, xaricdən mühəndisi də o rəhmətlik gətirdib, camaata dolanışıq, özünə qazanc yeri edib. 

Kiminsə erməni sevgisinə sədd çəkən deyilik, ancaq inanmırıq ki, özünə insan deyən kəs Xocalı faciəsində türk cocuğunun diri-diri dərisini soyub, ölüm məqamını ölçmək üçün qol saatındakı dəqiqəni ölçən Zori Balayan kimi yazıçını milli qəhrəmana çevirmiş millətçilərin həqiqi simalarını görüb onlara rəğbət bəsləsin. İnanmaq istəmirik ki, qadın, qoca, uşaq bilmədən süngüsünü, odlu silahını, yumruq-təpiyini tam gücü ilə işə salanların qaniçənliyinə “əhsən” deyən, onun yanında, arxasında, başında, harasında olur-olsun, qərar tutan kəs özünü hansısa sivil dövlətin, xalqın lideri, deputatı, adi nümayəndəsi kimi sevdirə bilsin. İnanmaq istəmirik ki, azərbaycanlıları dədə-baba ocaqlarından qovarkən onlara olmazın divanlar tutan və 30 ildən sonra 44 günlük müharibədə zəfərlə qayıdan ordumuzun humanistcəsinə verdiyi möhlətdə müftə yiyələndikləri mülklərə od vuraraq çıxan, gedərkən özləri ilə daşıdıqları əşyalar sırasında “ən vacibi” unitaslarını da nümayiş etdirməkdən utanmayan tör-töküntülərə rəğbət bəsləyənlərin insanam deməyə haqqı olsun.

Zəfərdən cəmi 3 il keçir. Şeytan yuvasından qovulmuşların ulartısı, sızıltısı, uydurma tarixləri kimi inandırıcı deyil, məlumdur, dünya bunu yaxşı bilir. Otuz il “hakimiyyətləri dövründə” füsunkar Qarabağda, Zəngəzurda nələr etdikləri də göz qabağındadır. Arxivləşdirilib, sənədləşdirilib, faktlı-sübutludur.

Bu gün Qarabağ, Zəngəzur yenə əsil əslli-nəsilli, zatlı-köklü bəylərin, xanların zadəgan, yaradıcı davamçılarına öz qoynunu açıb. Yenə orada quruculuq işləri geniş vüsət alıb. Müasir yaşayış məntəqələri, sosial obyektlər, beynəlxalq əhəmiyyətli linqvistik, iqtisadi layihələr, bir sözlə, insanı və məkanı ucaldan, həyat əhəmiyyətli zəruri işlər görülür. Yeniləşən, müasirləşən, gözəlləşən doğma yurda, torpağa qayıdan sakinlər xoşbəxt və firəvan həyat qurmağa alışırlar, həyətlərinin güllərindən dərir, bağ-bağatlarının nemətlərindən dadırlar. Öz halal zəhmətinin bəhrəsini dadmaq, öz savab işinin nəticəsini görmək insanın və insanlığın ən böyük sevinc haqqıdır! Niyə, nəyi bəyənmirsiniz, axı?!..     

Prezidenti İlham Əliyev 20 sentyabr 2023-cü il tarixli xalqa müra­ciətində dövlət  mövqeyimizi həm erməni separatçılarına, həm də onların hava­darlarına çox açıq şəkildə çatdırıb: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkə­lərinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsionerlər, siyasətçilər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın”. Dövlət başçısı “uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri”nin təkcə ünvanını, yerini işarə etmir, həm də onların saxta niyyətlərini açıqlayır. Bundan bir müddət sonra məhz Azərbaycanın təşəbbüsü ilə Qafqazda yeni əməkdaşlıq perspektivləriciddi müzakirə obyektinə çevrilir. 

Müzəffər Ali Baş Komandan, təkrarolunmaz lider İlham Əliyev 2003-cü il prezident seçkilərində verdiyi vədə sadiq qaldığını, bu yolda qətiyyətini, iradə və zəmini bir daha bəyan edir: “Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz!”

Mahir Cavadlı,

şair-jurnalist,

Azərbaycan Yazıçılar Birliyinin üzvü