"Yeni qurum yaradılsa, şəffaflıq pozula bilər" - Fazil Mustafa

 13:06 17.10.2023     262

Tibbi müayinədən keçmə məsələsi çağırış komissiyaları tərəfindən həyata keçirilir. Burda isə bir qurumun yaradılmasından söhbət gedir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Fazil Mustafa deyib.

Deputat bildirdi ki, onların əlavə tibbi müayinədən keçmələri üçün insanları digər qurumlara göndərmək səlahiyyəti var:

“Yeni qurum yaradılsa, şəffaflıq pozula bilər, bir qurum həyata keçirsə, daha şəffaf olar. Neqativ hal olduqda sanki Apellyasiya Məhkəməsinə şikayət edirik. Narkomanlığın erkən aşkar olunması məsələsinə gəldikdə isə, xarici ölkələrdə hərbi xidmətə aparmaq lazım olanda 18 yaşda yoxlanılmır. Əvvəldən həmin şəxs müayinə olunur və bir neçə il müalicə müddəti olur. Bunun üzərində çalışmalıyıq”.

Humay İSGƏNDƏRLİ