"Azəristiliktəchizat"da YENİ TƏYİNAT

 13:38 17.10.2023     254

"Azəristiliktəchizat" ASC-nin 9 saylı İstilik Sistemləri İstismar Sahəsinə rəis təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə ASC-dən bildirilib.

Məlumata görə, bu vəzifə "Azəristiliktəchizat"ın baş mühəndisi Elçin Rəcəbova həvalə edilib.

O, bu vəzifədə səhhəti ilə əlaqədar, öz xahişi ilə işdən azad edilən Nüsrət Abdullayevi əvəz edib

Qeyd edək ki, 9 saylı İstilik Sistemləri İstismar Sahəsi Suraxanı rayonu ərazisində yerləşir, Yeni Günəşli qəsəbəsində 153 yaşayış binası, 8 882 mənzil, 4 məktəb, 8 uşaq bağçası, 29 digər təsərrüfat obyektlərinə xidmət göstərir.