“Bakı səfərindən çox məmnun qaldıq” - Şimali Kipr Türk Cümhuriyyətinin Ticarət Odasının üzvləri

 17:06 17.10.2023     191

Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Ticarət Odasının nümayəndələri Bakıda keçirdikləri görüşlərdən məmnun qalıblar.

Şimali Kipr Türk Cümhuriyyətinin Ticarət Odasından Redaktor.az-a verilən məlumata görə, Bakıya səfər zamanı Azərbaycanın iş adamları, sahibkarları və geniş işgüzar dairələri ilə yaxından görüşmək imkanı qazanıblar. Bu görüşlər də çox səmərəli keçib. Ortaq layihələr üzərində fikir mübadiləsi aparılıb, ilkin razılıqlar əldə olunub. 

Qurum təmsilçiləri Bakıda baş tutan Şimali Kipr Türk Respublikası Mədəniyyət və Təqdimat Günlərində də  aktiv iştirak ediblər. Ticarət odasının üzvləri tədbir çərçivəsində təşkil olunan sərgidə də geniş təmsil olunub.

Sərgidə inşaat, mətbəx, otelçilik və digər sahələrlə bağlı stendlər nümayiş etdirilib.

Qeyd edək ki, ŞKTC-nın Ticarət Odasının təmsilçiləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın başçılıq etdiyi 200 nəfərlik geniş nüyəndə heyətinin tərkibində Bakıya səfər ediblər.

Ayaz MİRZƏYEV

222222