"Səlib yürüşünün yeni formasını Azərbaycan prezidenti darmadağın etdi" - Deputat

 11:23 20.10.2023     357

“Hər hansı bir  ölkədə bundan sonra da əleyhimizə qərar qəbul ediləcəksə, demək ki, o dövlətlərin üzərində də qələbə qazanılıb”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Qasımlı deyib.

Millət vəkili qeyd etdi ki, Azərbaycan antiterror tədbirlərini öz ölkəsində aparıb:

“Ona görə əleyhimizə qəbul edilən qətnamələrini qəbul etmirik. Qaçqınlarımız vaqonlarda yaşıyanda, o ölkələr 1 sent yardım etdilərmi? Xeyr. Səlib yürüşünün yeni formasını Azərbaycan prezidenti darmadağın etdi. Əleyhimizə qəbul olunan qərarlara görə diasporamız, millətimiz bir olmalıdır”.

Humay İSGƏNDƏRLİ