Bu məsələlərin araşdırılması İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinə verilməlidir - Qüdrət Həsənquliyev

 11:51 20.10.2023     896

Təklif edirəm ki, rəqabət orqanını Prezident çoxpartiyalı sistem əsasında formalaşdırılmalı, təsərrüfat subyektinin payı isə 40 deyil, 35 faizdən çox olmamalıdır. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.

“Haqsız rəqabətin formalarından biri olan inhisarçılıq da bu sənəddə öz əksini tapmalıdır. Biz təkcə iqtisadi mexanizmlərlə qeyri-neft sektorunun sürətli inkişafına nail ola bilməyəcəyik. Üstəlik, rəqabət məsələlərinin araşdırılması İqtisadiyyat Nazirliyinə, qaçaqmalçılıq faktları barədə məlumatlar isə Dövlət Gömrük Komitəsinə göndərilməlidir". 

Humay İSGƏNDƏRLİ