"Cinayətlərin 50 faizdən çoxu məhz bu əməllərə görədir"- Fazil Mustafa

 12:20 20.10.2023     311

“Hakimlər məhəkəmə praktikasında rəqəmlərin elastik olmamasından danışırlar”. 

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Millət vəkili bildirdi ki, rəqəmlərin elastik olmaması hakimlərin işini çətinləşdirir:

"0.5 qramdan 0.10 qrama qədər ifadəsi cinayət halların daha yaxşı araşdırılmasına məsuliyyət yaradır. Narkotiklərlə mübarizəyə cəmiyyət cəlb edə bilmirik, bu işdə effektiv nəticə yoxdur. Pentensiar xidmətlə maraqlanılsa, həbs olunanlar məhz bu əməllərə görədir. Cinayətlərin 50 faizdən çoxu narkotik vasitələrlə bağlıdır.  Həbs edilmək əvəzinə inzibati məsuliyyət cəlb edilməsi onların islah olunmasına imkan verir”.

Humay İSGƏNDƏRLİ