Azad edilən ərazilərdə ayaqları kəsik bəbir və ayılar var - Prezidentin köməkçisi
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ayaqları kəsik bəbir və ayılara rast gəlinir.
Redaktor.az xəbər verir ki. bu barədə bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.
Ermənistan əvvələr işğal etdiyi Azərbaycan torpaqlarında milyonlarla mina yerləşdirib. Bu minaların qurbanı insanlara yanaşı həmçinin vəhşi heyvanlardır. Minalar döyüşçülər, mülki şəxslər və ya vəhşi heyvanlar arasında fərq qoymur", - deyə Prezidentin köməkçisi bildirib.