Gələn ilin səhiyyə xərcləri məlum oldu

 15:18 21.10.2023     316

2024- ildə dövlət büdcəsindən səhiyyə sahəsinə ümumilikdə 1 871 294 029,0 manat vəsait ayrılması nəzərdə tutulur.

Redaktor.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanun layihəsində bildirilib.

Həmin məbləğdən 2 165 901,0 manatı poliklinikalar və ambulatoriyalara, 231 490 056,0 manatı xəstəxanalara, 9 483 230,0 manatıs əhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 628 154 842,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərə, 1 375 987 690,0 manatı icbari tibbi sığorta fonduna ayrılan vəsait təşkil edəcək.