Qızıl Xaç Qarabağda mülki erməni axtarır - FOTOLAR

 16:38 21.10.2023     452

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri hazırda Qarabağda erməni sakinlərin axtarışı ilə məşğuldur.

Redaktor.az xəbər verir ki, bu barədə BQXK-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

“Son döyüş əməliyyatlarının ardınca baş vermiş kütləvi köçdən sonra biz Qarabağdakı icmalara kömək etmək üçün onlara baş çəkirik.

Qış mövsümünün astanasında əməkdaşlarımız ehtiyac içində olanlarla soraqlaşmağa və onlara dəstək göstərməyə davam edir”, - deyə BQXK-ninAzərbaycandakı nümayəndəliyindən qeyd edilib.

 “Qarabağdakı əməkdaşlarımız evlərini tərk etməməyi seçmiş məhdud sayda sakinlərlə əlaqə saxlayır və yardıma ehtiyacı ola biləcək şəxsləri axtarmağa davam edir” – qurumun açıqlamasında deyilir.

 

222