Azərbaycanda son həftədə koronavirusa yoluxan və ölənlərin sayı AÇIQLANDI

 15:51 23.10.2023     503

Azərbaycanda son həftədə koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycanda son həftədə koronavirus infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər sağalıb.

Son həftədə COVID-19-dan 6 nəfər vəfat edib.