"Ermənilər təzminat tələb edirlər" - Ceyhun Məmmədov

 11:07 24.10.2023     599

Bir neçə gündür Ermənistan rəsmiləri Qarabağdan çıxan ermənilərə təzminat verilməsi ilə bağlı bəyanatlar verirlər.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ceyhun Məmmədov deputat deyib.

Bu məsələdə Azərbaycanı heç kim qınaya bilməz, onlar Ermənistan tərəfinin təkidi ilə Qarabağı tərk ediblər:

“Emrənilər mədəni irsi dağıdıblar, həqiqi sahibi kimi bu əraziləri qoruyacağıq. Niyə bu dövlətlər Azərbaycana qarşı eyni mövqeni sərgiləmirlər? Ermənilər bu günə kimi albanların yüzlərlər kilsələrini ya dağıdıblar, ya da özəlləşdiriblər. Bu gün Qarabağdan olan alban kilsələrinin ermənilərə heç bir adiyyatı yoxdur. Onlar bizim abidələrimizdir, həqiqi sahibi kimi qoruyacağıq”. 

Humay İSGƏNDƏRLİ