Xankəndiyə köç nə zaman baş tutacaq? - Deputat AÇIQLADI

 12:07 24.10.2023     1055

"Xankəndiyə köçlə bağlı dəqiq bir şey deyə bilmərəm. Ancaq məlumatlar belədir. Xankəndidə artıq cənab Prezidentimizin səfəri zamanı şəhərin komendantı məruzə elədi, raport verdi. Artıq Xankəndidə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xankəndi Şəhər Polis Şöbəsi yaradılıb. Xocalıda da yaradılıb. Polis artıq Xocalıdadır".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Elman Məmmədov vaxtilə Xankəndidən köçkün düşmüş azərbaycanlıların doğma şəhərlərinə nə vaxt qayıdacaqları barədə danışarkən dedi.

Onun sözlərinə görə, Əmlak Komitəsi artıq xeyli vaxtdır o ərazilərdə yerli nümayəndələrlə birlikdə əmlakın qeydiyyatını aparmaları üçün qrup göndərib:

"Bir çox idarələr, təhlükəsizliklə bağlı, yol infrastrukturu ilə bağlı, qaz təminatı, su təminatı və s. artıq orada müəyyən fəaliyyətə başlayıblar, işlərini görürlər. Yəqin ki, artıq yaşayış üçün ora tam hazır vəziyyətə gətiriləndə, cənab Prezidentimizin rəhbərliyi, onun tapşırığı ilə qayıdış başlayacaq. Bu da çox çəkməyəcək. Hesab edirəm ki, bəlkə də 2-3 aya bu məsələlər həllini tapacaq".

Həmidə İBRAHİMLİ