"Paşinyan rəqəmləri şişirtməklə xaricdən daha çox pul almaq istəyir" - Deputat

 11:21 24.10.2023     203

Bir çox qərb mətbuatı yazır ki, Ermənistanda Qarabağdan gələn ermənilərə görə humanitar böhran yaşanır.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azay Quliyev deyib.

Deputatın sözlərinə görə, 5-6 həftə Qarabağda 120 min ermənidən danışırdılar, indi isə 100 min erməninin humanitar böhran yaşadığını bildirirlər:

"Bəs 20 min əhali hanı? Bu onu göstərir ki, ermənilər rəqəmlərdə manipulyasiya edirlər. Rəqəmləri daha da şişirtməklə Paşinyan xaricdən daha çox pul almaq istəyir. Qeyri-şərtsiz ermənilər Qarabağa qayıtsın, heç bir şərt olmasın. Hansı qeyri-şərtsizlikdən danışırlar. Qayıdışdan söhbət gedisə, iki tərəfli olmalıdır. Qərbi azərbaycanlılar da öz torpaqlarına qayıtmalıdır".

Humay ISGƏNDƏRLİ