"Ən pis halda 3-cü Qarabağ müharibəsini labüd edir" - Elman Nəsirov

 11:28 24.10.2023     215

Bu gün Cənubi Qafqazda təhlükəli proseslər baş verir.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Ermənistanla Fransa arasında bu addımın atılması, silah-sursat alınması gələcəkdə bu regionda ciddi proseslərin baş verməsinə gətirib çıxara bilər:

“Ən pis halda 3-cü Qarabağ müharibəsinin olmasını labüd edir. Ukraynaya silah verməyə gücləri çatmır, amma Ermənistana silah verirlər. Azərbaycanın mövqeyi məlumdur. Fransa və Ermərnistan arasında bu prosesdən sonra problemlər Ermənistanın üzərinə düşəcək”.

Humay İSGƏNDƏRLİ