FHN metronun “20 Yanvar” stansiyasında təlim keçirəcək

 21:01 26.10.2023     309

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “20 Yanvar” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 27 oktyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Bu barədə Redaktor.az FHN-ə istinadən xəbər verir.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.