Bu dövlət komitəsinin səlahiyyətlərinin artırılması TƏKLİF OLUNDU

 12:55 27.10.2023     234

Tövsiyələrdə qeyd olunur ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin statusu ona müəyyən səlahiyyətlər verməklə aydın müəyyənləşdirilsin.

Redaktor.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova parlamentdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

O, komitənin bu sahə üzrə nazirlik statusu almasını təklif edib.

Qeyd edək ki, Milli Məclisdə “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçirilir.

Dinləmə parlamentin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə təşkilatçılığı ilə baş tutur. Dinləmədə Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti, deputatlar və digər qonaqlar iştirak edirlər.