“Azərbaycanda uşaqları kişilər doğurlar?!” - Komitə sədri ƏSƏBLƏŞDİ

 14:00 27.10.2023     276

“Hansısa qeyri-hökumət təşkilatı BMT-yə alternativ hesabat kimi yazıb göndərib ki, bizdə guya 70 faiz qadın sterilizasiyadan keçirilir”.

Redaktor.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, Qadın və Uşaq Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H.Hüseynovanın sözlərinə görə, bunu deyəndə ağıl yoxdur:

“Mən də onlara deyirəm ki, əgər qadınların 70 faizi sterilizasiyadan keçirsə, bizdə niyə doğum sayı azalmayıb? Bu uşaqları kişilər doğurlar?! Belə axmaq-axmaq fikirlər üzə çıxarırlar. Avropada son dövrlərdə heç uşaq dünyaya gətirmirlər. Onların statistikasına, demoqrafiyasına baxın. Baxmayaraq ki, müharibə şəraitində yaşamışıq, lakin bizdə demoqrafik vəziyyət aşağı düşməyib”.