Bakıda tozun miqdarı normadan yüksək olacaq

 23:26 28.10.2023     555

Bu gün Bakı şəhəri və Abşeron yarımadasında səhər saatlarından başlayaraq havada toz müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, atmosfer havasının keyfiyyətinin monitorinqi üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan əldə olunan məlumatların təhlilinə əsasən, havada tozun miqdarı 1,6 dəfə normadan yüksək olub.

Müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar lokal xarakterlidir və bu cür hava şəraitinin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir.