"Böyük Ermənistan xülyası anti-Azərbaycan, anti-türk nifrətini yaradıb”- Elnur Məmmədov

 10:51 30.10.2023     296

“Müxtəlif mərhələrdə böyük Ermənistan xülyası ilə ruhlanan erməni millətçiləri xalqımıza, soydaşlarımıza qarşı deportasiya, entik təmizləmə və soyqırım cinayətlərinə qarşı haqq qazandırmaq üçün anti-Azərbaycan, anti-türk nifrətinin təşviqi ilə məşğul olmuşlar”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Sosial Tədqiqatlar Mərkəzində bu gün keçirilən “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi” hesabatının təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsindən öncə 1980-ci illərin sonunda və Vətən müharibəsindən sonra da anti-Azərbaycan siyasəti Ermənistanda bu günə kimi davam etdirilir:

“Ermənistan hökümətinin etnik nifrətə hesablanmış siyasətinin əsasında ermənilərlə azərbaycanlıların bir-birinə uymadığını, iki xalq arasında davamlı sülhün ola bilməməsi açıqlayan irqçi idelogiyadadırlar”.

Həmidə İBRAHİMLİ

2