"Bütün hallarda hədəf bu və ya digər formada məhv edilməkdən ibarətdir" - Elşad Mirbəşiroğlu

 11:18 30.10.2023     412

“Nifrət ritorikası bir neçə mənada çox təhlükəlidir. Bütün hallarda hədəf bu və ya digər formada məhv edilməkdən ibarətdir. Nifrət ritorikası bir qayda olaraq fərqli xüsusiyyətə malik olan insanların məhv edilməsinə çağırışdı”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi" hesabatının təqdimatında deyib.

Onun sözlərinə görə, digər tərəfdən də manipulyasiya qrupların formalaşması istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir:

“Bu, birbaşa informasiya mübarizəsinin seqmenti kimi qəbul olunmalıdır”.

Həmidə İBRAHİMLİ