Azərbaycanlılara qarşı nifrət cinayətləri hesabatının təqdimatı keçirildi

 14:19 30.10.2023     293

Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi hesabatının təqdimatı keçirilib.

Redaktor.az-ın məlumatına görə, açılış nitqi ilə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, işğal dövründə internet platformalarında ermənilərin azərbaycanlılara yönəltdiyi aşağılayıcı diskurslar - “döyüşməyi bacarmayan alverçilər, köçəri millət, “primitiv köçərilər”” və sair epitetlər daşlamış zehinlərin göstəricisi idi, çünki müharibə tam fərqli gerçəkliyi - 100 minlərlə qəhrəman azərbaycanlı obrazını ortaya qoyub.

“Qatı nifrət nümunələrindən biri Robert Köçəryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır” - o, deyib.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva qeyd edib ki, etnik zəmində nifrət siyasətinin həyata keçirilməsi, nifrət nitqinin mövcudluğu ümumbəşər dəyərlərlə ziddiyyət təşkil etməkdədir.

“Təəssüflər olsun ki, uzun illərdir Azərbaycan da bu siyasətin acı nəticələrindən əziyyət çəkir. Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları, bu ölkənin siyasi rəhbərliyinin bölgədəki digər millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət edilib”,- deyə Ombudsman bildirib.

Tədbir müzakirələrlə davam edib.