Ermənilər Qərbi Azərbaycanda bu qədər kəndi tarixdən siliblər - RƏSMİ

 11:30 31.10.2023     390

"Ermənilər Qərbi Azərbaycanda 449 kəndin nəinki adını dəyişib, ümumiyyətlə ləğv edib, tarixdən siliblər".

Redaktor.az xəbər verir ki, bunu AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli Milli Məclisdə "Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək" mövzusunda ictimai dinləmədə deyib.

O bildirib ki, XX əsr boyunca ermənilər indiki Ermənistan ərazisindən Azərbaycanın adını tamamilə silməyə nail olub: "XX əsrdə Qərbi Azərbaycanda hər şey erməniləşdirib. Bu, dünyada görülməmiş hadisədir. Başqa yerlədə də müharibə olub, hansısa ərazilər digər dövlətlərin nəzarətinə keçib. Lakin heç bir yerdə toponimlərin bu qədər dəyişdirilməsi ilə bağlı siyasət yürüdülməyib. Bu, genosid siyasətidir. Nəyinki milləti qırmaq, onun adını tarixdən silməkdir. Bu, böyük beynəlxalq cinayətdir. Görünən odur ki, ermənilər XX əsr boyu bu siyasəti mərhələli şəkildə, ardıcıl olaraq, məqsədli formada həyata keçirib. Və onu da qeyd edib ki, bu adların hamısı rəsmi şəkildə, o vaxtkı Ermənistan SSR Ali Sovetinin qərarı ilə dəyişdirilib".(APA)