Bakıda müşahidə olunan tozlu hava nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

 17:34 31.10.2023     265

Paytaxt havasında dispers toz hissəciklərinin və dəm qazının miqdarı normadan yuxarı olub.

Redaktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.3, dəm qazı 1.5, azot-4 oksid 1.3, Sumqayıt şəhərində isə dispers toz hissəcikləri 1.2, dəm qazı 1.3 dəfə normadan yüksək müəyyən edilib.

Havada müşahidə olunan toz sinoptik vəziyyətlə əlaqədar transsərhəd xarakterlidir və yaxın iki gün ərzində davam edəcəyi gözlənilir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.