Elmi ekspedisiyalarla bağlı qaydalar DƏYİŞDİ

 11:32 01.11.2023     374

Azərbaycanda elmi ekspedisiyaların təşkili və aparılması qaydalarına dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Dəyişikliklə elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır. Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 30 (otuz) gündən (arxeoloji ekspedisiyalarda 60 (altmış) gündən çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq ediləcək.

Ekspedisiyanın şəxsi heyətinə də dəyişiklik edilib. Arxeoloji ekspedisiyalarda 10 nəfər mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilər ekspedisiyanın şəxsi heyətini təşkil edə biləcək.