Quru sərhədləri niyə AÇILMIR? - Deputatdan AÇIQLAMA
"Quru sərhədlərinin açılması vətəndaşlarımız üçün sərbəst hərəkət imkanları yaradacaqdır".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu quru sərhədlərin nə zaman açılacağına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, eyni zamanda, sərhədlərin açılması ölkəmizin turizm potensialının reallaşdırılmasına da yardım edəcək:
"Buna görə də sərhədlərin açılması, şübhəsiz ki, dövlətimizin diqqət mərkəzindədir. Müvafiq şərtlər uyğun olan kimi, yəqin ki, sərhədlərimiz açılacaqdır. Çünki sərhədlərin açılması həm iqtisadiyyatın böyüməsinə və ondan sonra həm turizmin inkişafına, həm qonşu ölkələrlə müvafiq əlaqələrin qurulmasına, həm də ölkəmizə çoxsaylı tibbi turizm məqsədilə gələcək insanlara şərait yaradacaqdır. Yəni bütövlükdə quru sərhədlərinin açılması, şübhəsiz ki, hərtərəfli şəkildə həm iqtisadiyyatın dirçəldilməsi, həm də vətəndaşlarımızın sərbəst səyahəti üçün yaxşı şərtlər yaradacaq. Amma hansı informasiyalar var və sərhədlərin hələ də bağlı olması ilə əlaqədar olaraq nəyin əsasında qərar verilib, biz bunu bilmirik. Ona görə də düşünürəm ki, zəruri gərəkçələr olsaydı yəqin, sərhədlər açılardı. Ümid edirik ki, ən yaxın zamanda quru sərhədlərimiz açılar".
Həmidə İBRAHİMLİ