Naxçıvanda yeni nazirlik yaradıldı - TƏYİNAT

 17:17 01.11.2023     452

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Redaktor.az xəbər verir ki, Sərəncamla Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi və “Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi birləşdirilərək onların əsasında Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yaradılıb. 

A. İbrahimovun digər Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimovun Sərəncamı ilə bu vəzifəyə Rahid Ələkbərli gətirilib.

Eyni zamanda Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası R. Ələkbərliyə həvalə olunub.