Prezident naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxartdı

 17:22 01.11.2023     472

Ədliyyə Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Dəyişikliyə əsasən, ədliyyə naziri Məhkəmə-Hüquq Şurasının üzvlüyündən çıxarılıb.

Qeyd edək ki, hazırda ədliyyə naziri Fikrət Məmmədovdur.