Gələn il deputatların təmsil olunduğu siyasi partiyalara bu qədər vəsait ayrılacaq

 09:32 02.11.2023     440

Gələn il Milli Məclisin deputatlarının təmsil olunduğu siyasi partiyalara ayrılacaq vəsait məlum olub.

Redaktor.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsində VI çağırış Azərbaycan Milli Məclisinin deputatlarının təmsil olunduğu siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün 5,0 milyon manat vəsait nəzərə tutulub.