Xankəndi şəhər stadionunun görüntüləri yayıldı - VİDEO

 12:43 02.11.2023     411

Xankəndi şəhər stadionun görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, "İctimai Televiziya" vasitəsiylə yayımlanan görüntürlərdə arenanın daxili əks edilib.

Görüntülərdən stadionun yaxşı vəziyyətdə olmadığı, əsaslı təmirə ehtiyac olduğunu söyləmək olar. Stadionun süni örtüklü meydançası da standartlara cavab vermir.

AFFA, PFL, Gənclər və İdman Nazirliyinin nümayəndələri artıq sözügedən stadiona baxış keçirib və durumla tanış olublar. Yaxın müddətdə arenada yenidənqurma işlərinin başlanacağı bildirilir.//publika.az