Qərbi Azərbaycanın elektron xəritəsi dünya xəritəsində də yer ala bilərmi? - Əziz Ələkbərli AÇIQLADI

 12:53 02.11.2023     787

Xəbər verdiyimiz kimi, Qərbi Azərbaycanın elektron xəritəsi hazırlanıb. Xəritədə köhnə yer adları öz əksini tapıb.

Qərbi Azərbaycanın hazırlanmış olan elektron xəritəsi dünya xəritəsində də yer ala bilərmi? Biz yaxın zamanda buna şahid ola bilərikmi?

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Redaktor.az-a danışdı.

Sədr bildirdi ki, Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının bütün bəndlərinin həyata keçirilməsi istiqamətində ardıcıl fəaliyyətini davam etdirir:

"Artıq qısa müddətdə Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində konkret uğurlarımız var. Qərbi Azərbaycanın elektron xəritəsinin hazırlanması da bu məsələdə irəliyə atılmış çox mühüm addımlardan biridir. O ki qaldı həmin xəritənin dünya xəritəsində yer ala bilməsi məsələsinə, təbii ki, biz ikili standartlarla və bir çox tarixi ədalətsizliklərlə dolu olan bir dünyada yaşayırıq, amma inanırıq ki, zaman-zaman bu ədalətsizliklərin bir çoxu aradan qaldırılacaq. Bu məsələ isə daha çox bizim Qayıdış Konsepsiyamızın nə dərəcədə sürətli həyata keçirilməsindən asılıdır".

Humay İSGƏNDƏRLi