Əli Əsədov gömrük orqanları ilə bağlı qərar imzaladı
“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Dəyişikliyə əsasən, ali rəis heyəti üçün göy, baş və orta rəis heyəti və kiçik heyət üçün tünd göy rəngli yundan toxunan pulover geyinmək tələbi ləğv edilib.
Ətraflı cədvəldə: