"Vətəndaş 800 manat maaş alır, iki uşağa 440 manat aliment istənilir" - Nə dərəcədə doğrudur?

 18:00 02.11.2023     754

Xəbər verdiyimiz kimi, 2024-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum miqdarı 235 manat olacaq. Bundan əvvəl isə bu miqdar 220 manat idi.

Alimentin ödənilməməsi ilə bağlı ölkədə xeyli problemlərin yaşandığı danılmaz bir faktdır. 

Bəs, bu artım həmin problemlərə necə təsir edəcək?

Mövzu ilə bağlı hüquqşünas Ceyhun Cəfərli Redaktor.az-a danışakən dedi ki, artımlar alimentin ödənilməməsi ilə bağlı işləri artıracaq:

"Ödəmə qabiliyyətli əhalinin gəliri az olanda problem yaranır. Ümumiyyətlə minimum əmək haqqı 350 manatdır.  Mənim indi icraatımda bir iş var, vətəndaş 800 manat əmək haqqı alır və ondan iki uşağa 440 manat aliment istənilir. Bu da əmək haqqının yarıdan çoxudur. Qanunda Əmək Məcəlləsinə görə, əmək haqqının yarısından çoxun, yəni ən azı yarısı saxlanılmalıdır.

Yəni maksimum yarısı icra qaydasında tutula bilər, tutuma yönələ bilər. Elə olanda 800 manatın yarısı, 400 manatdan artığı tutula bilməz. Ancaq məhkəmə qərar verir ki, 440 olsun. Məsələn, elə işçi var 600 manat alır, yenə iki uşağa 440 manat aliment yaranır. Bu da maaşın yarıdan çoxu edir. Yəni bu problemlər yarana bilər. Çünki uşaqları saxlamaq valideynlərin vəzifəsi olsa da, eyni zamanda hər valideyn də bir insandır və onun özünün ehtiyacları var. Əmək haqqı da bəlli olanda artıq burda bir çətinlik yarana bilir".

Humay İSGƏNDƏRLİ