Şəhid Fuad Bağırovun əziz xatirəsi anıldı - FOTO

 22:58 03.11.2023     285

3 noyabr şəhid Fuad Bağırovun doğum günüdür. 

Redaktor.az xəbər verir ki, bu məqsədlə Salyan RQİİ-nin rəhbər şəxsləri əvvəlcə Fuad Bağırovun Şirvan şəhər Şəhidlər Xiyabanındakı məzarını ziyarət ediblər. Daha sonra şəhidin ailəsinin yaşadığı ünvana baş çəkilib. Birliyin məsul şəxsləri şəhid ailəsinin qayğıları ilə yaxından maraqlandıqdan sonra Fuad Bağırovun əziz xatirəsi yad edilib.

Xatırladaq ki, Fuad Bağırov 2016-cı il Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən rəşadətli Azərbaycan Ordusunun baş leytenantlarından olub.

Qeyd edək ki, şəhidin anası Bağırova Fəridə Salyan RQİİ-nin Şirvan xidmət sahəsinin əməkdaşıdır.

2222