Fazil Mustafanın parlamentdəki çıxışı təhrif olundu - Millət vəkili əslində nə deyib?

 11:13 04.11.2023     696

"Bax, budur sosial şəbəkə dələduzluğu".

Redaktor.az xəbər verir ki, bu fikirləri növbəti dəfə sosial şəbəkə hesabında sözləri təhrif olunmuş Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

"Mənim xalqı narahat edən problemlə bağlı çıxışım və bunların etdiyi məqsədyönlü paylaşım. Sadəcə müqayisə edin. Yaxşı ki, ayıq və ağıllı insanlarımız yetərincədir",- deyə millət vəkili qeyd edib.

Fazil Mustafanın büdcə layihəsinin müzakirəsindəki çıxışından: “Bundan sonra tikiləcək qanunsuz evlərə kommunal xidmətlərin verilməsi qadağan olunur. Bir az öncə polisdə qeydiyyatı olanları da qeydiyyatdan çıxardılar. Tutaq ki, bu qərar adamları rayona qaytarmaq üçündür, müəyyən dərəcədə Bakıda məskunlaşmanı azaltmaq üçün bəlkə də doğru addım sayıla bilər. Bəs onlara rayonda yaşamaq üçün şərait, iş yeri yaradılıbmı? Bəs onda hara qaytarırsınız? Onlar elə işsizlikdən, yoxsulluqdan üz tutablar Bakıya. Ancaq məşğulluq problemini rayonlarda həll edəndən sonra belə yollara əl atmaq düşünülə bilər”.

Millət vəkili onun fikirlərini təhrif edən Zümrüd Yağmurun yazdığı statusu da paylaşıma əlavə edib.

Humay İSGƏNDƏRLİ