"Xəyal kimi görünən hadisələr baş verib" - Rəşad Məcid

 12:24 04.11.2023     520

Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentdə Şuşa və Xankəndidə yeni telekanalın açılmasını təklif edib.

"Azərbaycan xalqının informasiya təhlükəsizliyi ilə bağlı səsimizin ucaldılması üçün Şuşa və ya Xankəndidə yeni teleməkan, yaxud informasiya istehsalı məkanı yaratsaq və bunu büdcədə nəzərə alsaq uyğun olar",- deyə deputat qeyd edib.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirdi ki, bunlar bizim arzularımızdır.

"Onsuz da indi xəyal kimi olan hadisələr baş verib. Ona görə şübhəsiz ki, Şuşada da, Xankəndidə də televiziyalar, digər bizim KİV qurumları, mədəniyyət müəssisələri də olacaq. İndi inşallah yəqin ki, bunların şahidi olacağıq",- deyə o, qeyd edib.

Həmidə İBRAHİMLİ