XİN-in kollegiya üzvlərinin sayı artırıldı

 23:04 04.11.2023     291

Azərbaycan Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı artırılıb.

Redaktor.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Xarici İşlər Nazirliyinin kollegiya üzvlərinin sayı 9-dan 11-ə qaldırılıb. Belə ki, Nazirliyin Kadrlar idarəsinin rəisi kollegiya üzvləri sırasına daxil edilib.