“Yüzlərlə xəstə müalicə üçün ölkədən çıxa bilmir" - Fazil Mustafa

 11:46 05.11.2023     503

“Xəstə və tələbələr üçün sərhədlərdə gediş-gəlişin imtiyazlı səviyyəyə gətirilməsi vacibdir”.

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa bildirib. 

“Yüzlərlə xəstə müalicə üçün ölkədən çıxa bilmir. Fəxr edirik ki, bu qədər sayda insan ölkədə qalıb yerli xəstəxanalara müraciət edir, amma sağalmır. Yaxud da tələbə xaricə oxumağa gedir, sonradan Vətənə qayıda bilmir ki, pulu yoxdur. Çünki təyyarə ilə qayıtmalıdır, amma qiymətlər bahadır”, - deyə deputat qeyd edib. 

T.İSMAYIL